Haqqımızda

Direktor – Ülkər Novruzlu
"Pöhrənin kiçik fidanlarına şəfqətlə yol yoldaşlıq edirik."
Pöhrə Uşaq Bağçası, uşaqların sağlam, xoşbəxt və təhlükəsiz mühitdə böyüməsi üçün yaradılmış müasir inkişaf məkanıdır. Bizim üçün hər uşaq, öz ritmi, maraqları və xasiyyəti olan unikal bir fidan kimidir.
Burada oyunla təhsil birləşir – rəngli sinif otaqları, yaradıcılıq guşələri, musiqi, hərəkət və sensor fəaliyyətlərlə uşaqların marağını oyadırıq. Məqsədimiz uşağın özünü sərbəst ifadə edə bilməsi və hər gün bağçaya sevinclə gəlməsidir.
Pöhrədə təhlükəsizlik, şəffaflıq və valideynlərlə açıq ünsiyyət əsas dəyərlərimizdir. Kamera nəzarəti, gündəlik yeniləmələr və şəffaf proqram sayəsində valideyn hər zaman övladının gününü izləyə bilir.
Komandamız

Kazımova Cəmilə
Direktor köməkçisi

Qərənizadə Səma
1-2 yaş qrupunun müəllimi
Sensor inkişaf və motorika

İbrahimova Turanə
2-3 yaş qrupunun müəllimi
Sensor inkişaf və motorika

Hasilova Tünzalə
3-5 yaş qrupunun müəllimi
Yaradıcılıq və erkən öyrənmə

Musayeva Nabat
Köməkçi müəllim (3-5 yaş)
Yaradıcılıq və erkən öyrənmə

Qənbərova Lamiə
Rus dili bölməsi
Rus dili tədrisi

Abdullayeva Təranə
Tibb bacısı
Sağlamlığa qayğı
Kamera Nəzarəti və Təhlükəsizlik
Uşaqlarınızın təhlükəsizliyi bizim ən yüksək prioritetimizdir. Bütün otaqlarda və həyətdə yüksək keyfiyyətli kamera sistemləri quraşdırılıb. Valideynlər istənilən vaxt uşaqlarının fəaliyyətini izləyə bilərlər.
Bağçamızdan kadrlar
Pöhrənin rəngli mühitindən real görüntülər

Oyun otağı/ Dərs otağı

Yemək otağı

Yataq otağı

Gimnastika otağı

Nağıl otağı

Zal

Təmizlik
